Gözəl göyçək bu Altayda
Xalça kimi bu dərədə
Ağ dağların ətəyində
Ağ dənizin qırağında
Boşa ömür yaşamayan
Bir Batır yaşayıb
Ora baxsa elə deyil
Bəri baxsa belə deyil
Ora baxsa ayı kimi
Bəri baxsa bir qurd kimi
Qorxulu söz bilməyən
Bir Batır yaşayıb
Altayından alqışlanan:
Atan oxu dümdüz dəyər
Minən atı görkəmli
İşi edər diribaş
Sözü söylər mənalı
Dinləyin, dinləyin, dinləyin!

Sonunda da Batır dedi:
Gələr, gələr bu çağlar da
Xalça kimi bu dərədə
Gözəl göyçək bu Altayda
Dəyişər, dəyişər ömrümüz
Altayıma çağ gələr
Millətim yolu azar
Acı ağu su içib
Xalqım sayı azalar
Altayda! Altayda! Altayda!
İnsanlar bax anlaşmaz
Adət ilə savaşar
Özgə bir xalq bax gələr
Özgə adət öyrədər
Öyrədər, öyrədər, öyrədər!
Haçan birdə Altaya
Altay batır oğul gəlsə
Millətimiz oyanar
Altay adətin bir bilər
Düzələr, düzələr ömrümüz!